Braziliya prezidenti Jair Bolsonaru mətbuata açıqlamasında koronavirus peyvəndi olmayacağını etiraf edib.
Unikal.org xəbər verir ki, prezident Covid-19 peyvəndinə olan inamsızlığını "Qadın saqqal çıxararsa və ya kişi incə danışmağa başlayırsa, bu sizin probleminizdir" sözləri ilə ifadə edərək, peyvəndin əks-təsir verəcəyindən bəhs edib.
Həmçinin, Bolsonaru peyvəndin hər kəs üçün əlverişli olmayacağını bildirərək, 2021-ci ilin sonuna qədər hamının peyvəndlənməsinin mümkün olmadığını da qeyd edib.