Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 246 nəfər ölüb.
Unikal.org xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 20 316 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.
Bu gün sağalan xəstə sayı 21 218 nəfər olub. Ağır xəstə sayı dünənlə müqayisədə 153 nəfər azalaraq 5347 olub.