Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok mutasiyaya uğramış koronavirus növünün nəzarətdən çıxdığını və vəziyyətin ciddi olduğunu deyib.
Unikal.org xəbər verir ki, səhiyyə naziri koronavirusa yoluxanların sayının sürətlə artdığını, normal vəziyyətə qayıtmaq üçün hələ çox vaxta ehtiyac olduğunu bildirib.
O, insanları Milad bayramına yaxın gücləndirilmiş karantin qaydalarına əməl etməyə çağırıb.
Qeyd edək ki, son sutka ərzində Britaniyada koronavirusa yoluxma hallarının sayı 35,9 min nəfər təşkil edib ki, bu da pandemiyanın başlanğıcından bəri rekord göstərici hesab olunur.