Afrika qitəsində koronavirusdan ölənlərin sayı 60 minə çatır.

Unikal.org "Worldometers"ə istinadən xəbər verir ki, son 24 saatda qitədə 18 518 yeni yoluxma faktı aşkarlanıb. Həmçinin 340 yeni ölüm qeydə alınıb.

Bununla da qitədə COVID-19-a yoluxanların ümumi sayı 2 milyon 523 min 478-ə, ölənlərin ümumi sayı isə 59 195-ə çatıb. Ən çox yoluxma CAR, Misir və Mərakeşdə müşahidə olunub.