Ukrayna COVID-19-un yayılma dərəcəsinə görə Türkiyəni “Qırmızı bölgə” elan edib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Kiyevdəki səfirliyi məlumat yayıb.

“Qırmızı bölgə”də yer alan ölkələrdən Ukraynaya gələn şəxslər 14 gün karantində qalacaqlar. Həmin şəxslərin karantini evdə, yoxsa hər hansı xüsusi bir yerdə keçirəcəklərinə Ukrayna rəsmi dairələri qərar verəcək”, – məlumatda bildirilib.

Qeyd edilib ki, 14 günlük karantinin erkən başa çatmasını istəyənlər test verə bilərlər.