Səudiyyə Ərəbistanı və BƏƏ-nin onlarla jurnalistin mobil telefonuna kiberhücum təşkil etdiyi iddia olunur.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Toronto Universiteti nəzdində fəaliyyət göstərən "Citizen Lab" beyin mərkəzi araşdırma aparıb. "Al Jazeera" əməkdaşlarının aralarında olduğu xeyli jurnalistin məlumatlarının ələ keçirildiyi qeyd olunub.

Xüsusi proqramlarla mobil telefonda olan bütün məlumatlar, o cümlədən izləmə imkanları əldə olunub. Qətlə yetirilmiş jurnalist Camal Qaşıqçının da eyni proqramla izləndiyi deyilir. Jurnalistlərlə yanaşı, siyasətçilər, din xadimləri və müxalif şəxslərin də məlumatlarının ələ keçirildiyi bildirilir.