Ermənistanda daha 240 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 154 065 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 26 nəfər artaraq 2 656-ya çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 654-ə yüksəlib. İndiyədək 133 176 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 17 579 aktiv koronavirus xəstəsi var.