Ermənistanın baş naziri Nikol Paşinyan Sünikdə əhali ilə görüşməyə müvəffəq olsa da, böyük etirazlarla üz-üzə qalıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, yolların bağlanmasına və böyük etirazlara rəğmən əhali arasına çıxan Nikol Paşinyan pərt olub. Belə ki, bu zaman bir qrup etirazçı ona çıxış etməyə imkan verməyib.

"Nikol, sən türksən! Nikol, satqınsan! Rədd ol", - deyə bağıran etirazçıların sakitləşməsini gözləyən Paşinyan daha sonra insanlarla danışmağa başlayıb.