Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 824 yoluxma halı qeydə alınıb, 46 nəfər ölüb.
Unikal.org-un xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 209 462, ölənlərin sayı isə 2 140 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 184 668 nəfərin sağaldığı bildirilir.