Çində yeni 100 milyard kubmetrlik qaz yatağı aşkarlanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qaz yatağı Sintszyan-Uyğur muxtar rayonu ərazisində yerləşir. Ekspertlərin hesablamalarına görə, yataqdan 109 milyard kubmetrə qədər qaz tədarükü mümkün ola bilər.

Yunqar hövzəsinin cənubunda 156 kvadratkilometrlik ərazini əhatə edən yeni yataq gündəlik 610 min kubmetr qaz, 106.3 kubmetr xam neft hasilatına imkan verəcək potensiala malikdir. Hazırda hesablamalar və iqtisadi əsaslandırma işləri davam edir. Yekun nəticələr rentabel vəd edərsə, yatağın işlənməsinə başlanılması gözlənilir.