Böyük Britaniyanın paytaxtı London şəhərində pandemiya əleyhinə tədbirlərlə bağlı etiraz aksiyası keçirilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, aksiyaçıların əsas tələbi koronavirusa qarşı tədbirlərin yumşaldılması olub.
Aksiya daha sonra yürüşə çevrilib. Parlament binası önündən Trafalqar Meydanına doğru yön alan kütlə polislə qarşılaşıb. Təhlükəsizlik qüvvələri aksiyanı dağıdıb. Qarşıdurma nəticəsində 27 etirazçı həbs olunub.