Dünya koronavirusun yeni mutasiyasından sarsılırkən, tədqiqatlar tam sürətlə davam edir.
Unikal.org xəbər verir ki, koronavirusun ötürmə yollarını dayandırmağın yeganə yolunun maska, məsafə və təmizlik olduğu qəbul edilsə də, Edinburq Universitetindən viroloq Paul Digard bəzən maskaların kifayət etmədiyini söyləyib.
Belə ki, Paul Digard virusun əsas mənbəyinin öskürək və ya asqırma nəticəsində əmələ gələn damcılar olduğunu və maskaların onları durdura bilməyəcəyi qədər kiçik olmasını ifadə edib.
Qeyd edək ki , ÜST-un iyul ayında yayımladığı hesabata görə, Covid-19 tüstü və ya toz kimi havanı hərəkətə gətirən daha kiçik və yüngül hissəciklər sayəsində də yayıla bilər. Bu hissəciklər ətrafda mühitdə uzun müddət qala bilir.