İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu ilin yanvarında İran tərəfindən səhvən vurulmuş Ukrayna sərnişin təyyarəsi ilə bağlı açıqlama verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İranın hadisə ilə bağlı hesabat verəcəyinə söz verilib.

"Bu istiqamətdə işlərin şəffaf irəliləməsini təmin etmək üçün hər cür səy göstəririk, amma bu, asan deyil, çox mürəkkəbdir. Bu məsələdə müxtəlif strukturlar iştirak edir", - deyə Xətibzadə əlavə edib.