Ermənistan baş naziri Nikol Paşinyan erməni keşişin hərəkətindən pərt olub.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Sünikə səfəri zamanı kilsələrdən birinə baş çəkən Paşinyan ziyarətdən sonra kilsənin keşişi ilə sağollaşaraq getmək istəyib.
Belə ki, Sisian şəhərində yerləşən Surb Qriqor Lusavoriç kilsəsinə daxil olan Ermənistan baş naziri burada dini rituallar yerinə yetirib. Rituallar bitdikdən sonra kilsədən çıxmaq istəyən Paşinyan keşişə yaxınlaşıb. Bu zaman kilsənin keşişi Parqev Zeynalyan Paşinyanın əlini sıxmaqdan imtina edib. Nikol Paşinyan pis vəziyyətə düşüb və kilsəni tərk edib.
Həmin görüntüləri təqdim edirik: