Məşhur sovet cizgi filmi "Nu poqodi"nin yaradcılarından olan incəsənət xadimi vəfat edib.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, cizgi filminin ərsəyə gəlməsində böyük əməyi olan Aleksandr Kurlyandski bu səhər dünyasını dəyişib. Bu barədə onun dostu olan Aleksandr Lebedev məlumat verib. Sənətçinin hansı səbəbdən dünyasını dəyişdiyi bildirilməyib.

A.Kurlyandskinin sovet dövründə başqa ekran işlərində də iştirakı olub. Rusiyada orta yaşlı və yaşlı nəsil bu itkini böyük ağrı ilə qarşılayıb.