Rusiyanın "Qamaleya" tibbi araşdırmalar mərkəzi "AstraZeneca" ilə birgə vaksin istehsalına başlayacaq.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla bağlı artıq ilkin addımlar atılmağa başlanılıb.
Mərkəzin rəhbəri olan Aleksandr Qintsburq vaksin araşdırmaları ilə bağlı açıqlama verib. Belə ki, "Qamaleya" tibbi araşdırmalar mərkəzinin "AstraZeneca" şirkəti ilə birgə vaksin istehsalının ilk mərhələsi olan klinik araşdırmalara başlaması barədə məlumat verilib. Bu mərhələ uğurla yekunlaşsa, ortaq vaksinlərlə bağlı növbəti mərhələlərə keçid baş tutacaq.