Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin partiyası olan müxalif Vahid Milli Hərəkat Partiyası özünə yeni sədr seçəcək.
Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Saakaşvilinin lideri olduğu partiyanın sonuncu sədri Qriqol Vaşadze istefa verəndən sonra siyasi qüvvə rəhbərsiz qalıb.
Ukraynada yaşayan Mixail Saakaşvilinin tövsiyəsi ilə partiya pandemiya şəraitinə uyğun olaraq onlayn qurultay keçirməyə və elektron səsvermə ilə sədr seçkiləri təşkil etməyə qərar verib. Artıq partiyanın sədri postuna namizədlər də bəllidir. Bu gün baş tutacaq onlayn qurultayda Niku Meliya və Levan Varşolamidze kürsü uğrunda yarışacaqlar.