Ermənistanın baş naziri Nikol Paşinyan Sünik vilayətinə olan səfərini yarımçıq saxlayaraq İrəvana qayıdıb.
Unikal.org xəbər verir ki, bu barədə Ermənistan baş naziri "Facebook" səhifəsində məlumat verib. O qeyd edib ki, Sisianda yaşananlar Sünikin digər bölgələrində də yaşanmasın deyə İrəvana qayıtmaq qərarına gəlib. "Yas günündə güc tətbiq etməyəcəyik", - deyə Nikol Paşinyan əlavə edib.
Qeyd edək ki, Ermənistan baş nazirinin Sisian, Qafan, Qacaran, Gorus və Mehri rayonları daxil olmaqla, Sünik vilayətinə səfəri nəzərdə tutulmuşdu. Lakin insanlar bu ərazilərdə yolları bağlayaraq onun gəlməsinə etiraz edirdilər. Sisiana gələn Nikol Paşinyan burada böyük etirazlarla qarşılandığı üçün digər rayonlara getməkdən imtina edib.