Koronavirusuna qarşı peyvənd tədqiqatları apardığı bildirilən 45 yaşlı həkim Aleksandr Kaganskynin cəsədi tapılıb.
Unikal.org xəbər verir ki, Rusiyanın "Moskovsky Komsomolets" qəzetindəki xəbərə görə, həkim yaşadığı mənzilin 14-cü mərtəbəsindən yıxılaraq öldüyü bildirilib. Aparılan araşdırmalar həkimin cəsədində bıçaq izlərinin olduğunu da ifadə edilib.
Digər məlumata görə, Kagansky 2017-ci ildən bəri Rusiyadakı Uzaq Şərq Federal Universitetinin Genom və Təravətləndirici Tibb Mərkəzində direktor vəzifəsində çalışırmış. Həmçinin də Aleksandr koronavirus peyvəndinin tədqiqi üzrə çalışmalar edirmiş.