ABŞ-ın Havay adaları ərazisində vulkan püskürməsi qeydə alınıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, adadakı Kilauea vulkanı püskürüb. Püskürmə ilə yanaşı, vulkanın kraterində partlayış meydana gəlib.

Partlayışdan sonra həyəcan siqnalı işə düşüb və vulkanın yaxınlığında hava və quru nəqliyyatının fəaliyyəti dayandırılıb. İnsanlara ətraf ərazilərə yaxınlaşmamaq tövsiyə olunub.