Çində türk-müsəlman azlıq olan uyğurların vəziyyəti ilə bağlı yumşalmalar gözlənilmir.
Unikal.org xəbər verir ki, "Associated Press" nəşri Çin Kommunist Partiyasının sözçüsü Şu Quişanq ilə müsahibəsində bu barədə sual ünvanlayıb. Partiyanın sözçüsü hər hansı yumşalmanın olmayacağını bildirib.
"Hazırda təhdidlər hələ də qalmaqdadır. 4 il boyunca hər hansı mənfi hadisənin olmaması terrorizmdən qurtulmaq mənasına gəlmir", - deyə sözçü əlavə edib.
Qeyd edək ki, 1 milyondan çox uyğurun milli identifikasiya və mədəniyyətinin unutdurulması üçün iradələrinə zidd olaraq "peşə təlim mərkəzləri" və "siyasi maarif mərkəzləri"ndə saxlandığı, bu düşərgələrdə insanların assimilyasiya edildiyi və işgəncələr gördüyü ilə bağlı beynəlxalq hesabatlar mövcuddur. BMT-nin Çinə bu mövzuda göndərdiyi sorğuların cavabsız qaldığı və oradakı insanların taleyinin naməlum qaldığı bildirilir.