"Apple" şirkəti Kaliforniyadakı 53 mağazasının hamısını müvəqqəti bağlayıb. Kaliforniyadan əlavə, Tennesseedəki dörd mağaza, Yutadakı üç, Minnesota dörd, Oklahomada iki, Portland da isə daha bir mağaza da bağlanıb.
Unikal.org xəbər verir ki, Anchorage Omaha və Albuquerque dükanları gələn həftə fəaliyyətini dayandıracaq.
Meksikadakı hər iki mağaza, həmçinin Braziliyada da iki mağaza bağlanacaq. İngiltərədəki 16 mağazanın yaxın zamanda bağlanacağı gözlənilir.
Keçən həftə Almaniya və Hollandiyadakı qapalı mağazalarını nəzərə alsaq, demək olar ki, Apple markalı qlobal pərakəndə satışının təxminən beşdə biri fəaliyyətini dayandırıb. Bunun səbəbi isə aydındır - COVID-19 pandemiyasının ikinci dalğası, birincisindən daha pis çıxdı.