İranla bağlı nüvə razılaşmasının tərəfləri ABŞ-ın razılaşmaya yenidən qoşulacağı ilə bağlı ümidlidir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə tərəflərin onlayn toplantısında bildirilib.
Belə ki, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali təmsilçisi Cozef Borrelin rəhbərliyi ilə nüvə razılaşmasını imzalamış ölkələrin xarici işlər nazirlərinin onlayn toplantısı keçirilib. Toplantıda İranla yanaşı, Çin, Fransa, Almaniya, Rusiya, Britaniya və Avropa Birliyi təmsil olunub. ABŞ-ın razılaşmaya qayıdacağına ümid ifadə olunub və müsbət yeniliklərin gözlənildiyi bildirilib.