Samux rayon sakinindən narkorik götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini, əvvəllər məhkum olunmuş T.Məmmədovun yardımçı təsərrüfatından 4 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.