ABŞ ordusunda irqi ayrıseçkiliyin olduğu iddiaları səsləndirilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin inspektorluğu araşdırma aparıb.
Belə ki, ABŞ Hərbi Hava Qüvvələrində qaradərili personala və hərbi qulluqçulara qarşı irqi ayrıseçkiliklər olduğu bildirilib. Qaradərili hərbçilərin daha disiplin tədbirlərinə məruz qaldığı, töhmət və cəza qərarları ilə üzləşdiyi, həmçinin daha çox qovulma və ixtisarlarla ordudan uzaqlaşdırıldığı statistik göstəricilərin təhlili ilə məlum olub. Rəhbər vəzifələrdə qaradərililərin daha az təmsil olunduğu da öz əksini tapıb. İnspektorluq bununla bağlı günahkar şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsini istəyir.