"Ermənistanın baş nazirinin getməsi an məsələsidir".
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu fikirləri müxalif Vətən Partiyasının funksioneri Arsen Babayan səsləndirib. O qeyd edib ki, ən geci bir neçə günə Nikol Paşinyan hakimiyyətdən getməyə məcbur olacaq.
"Bunun üç yolu var. Ya Paşinyan istefa verəcək, ya parlament impiçment başladacaq, ya da hökumət başçısı həbs olunacaq. Amma nəticə dəyişməz qalır. Paşinyan gedəcək", - deyə Babayan əlavə edib.