Ermənistanın paytaxtı İrəvanda növbəti genişmiqyaslı etirazlar başlanıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Nikol Paşinyanın istefası tələbi ilə başlanan etirazlar öncəkilərlə müqayisədə daha kütləvidir. Həmçinin aksiyalarla yanaşı, müxtəlif peşə sahələrində etiraz tətilləri də elan olunub.
Aksiyanın aparıcılarından biri müxalif Daşnaksütun Partiyasının təmsilçisi Qeqam Manukyan Paşinyan əleyhinə sərt çıxış edib. Etirazçılar "Nikolsuz Ermənistan!", "Nikol, rədd ol!" şüarları səsləndiriblər. Saxlanılanların olduğu deyilir.