"Microsoft" şirkətinin qurucusu Bill Qeyts Sinqapur "FinTech" festivalında çıxış edib.
Unikal.org xəbər verir ki, çıxışı zamanı Qeyts Covid-19 infeksiyasa qarşı peyvəndlənmə prosesi barədə danışıb və daha 6 peyvəndin yararlı olacağını bildirib.
Belə ki, Bill Qeyts "Pfizer-BioNTech", "Moderna", "AstraZeneca", "Johnson" və "Novavax"a peyvəndlərin adlarını çəkərək yaxın aylarda təsdiqlənəcəyini söyləyib. Lakin Qeyts sonuncu peyvəndin adını açıqlamayıb.