İsraildə yeni hökumət böhranı növbəti erkən seçkilərin keçirilməsinə səbəb olar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hazırda koalision hökumət tərəfindən idarə olunan parlamentli respublikada gələn ilin dövlət büdcəsi ilə bağlı anlaşmazlıq yaranıb.

Belə ki, koalisiya ortaqları olan baş nazir Benyamin Netanyahu və müdafiə naziri Benn Qentz 2021-ci ilin büdcə layihəsi ilə bağlı razılığa gələ bilmirlər. Bu da büdcənin qanunverici orqanda təsdiqlənməsini gecikdirir. Növbəti səsvermələrdə də büdcə layihəsi qəbul olunmazsa, növbədənkənar parlament seçkilərinin keçirilməsi qaçılmaz olacaq.