Rusiya Xarici İşlər Nazirliyi müxalifətçi Aleksey Navalnının zəhərlənməsi ilə bağlı tətbiq olunmuş sanksiyalara qarşılıq verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bir sıra Avropa və Qərb ölkələrinin Rusiyanı müxalif siyasətçini kimyəvi maddələrlə zəhərləməkdə ittiham etməsi ilə bu ölkəyə qarşı sanksiyalar tətbiq edib.
Rusiya XİN isə bu sanksiyaları qəbuledilməz adlandırıb. Navalnının Rusiya tərəfindən zəhərlənməsi ilə bağlı heç bir sübutun təqdim edilmədiyini bəyan edib. Həmçinin bir sıra Avropa ölkələrinin məmurlarına Rusiyaya giriş yasağı tətbiq ediləcəyi bildirilib.