İsrail nümayəndə heyəti iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından sonra ilk dəfə Mərakeş Krallığına səfər edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, nümayəndə heyətinə İsrail Təhlükəsizlik Şurasının rəhbəri Meir Benşabat başçılıq edir. Təl-Əviv aeroportundan havaya qalxan təyyarə Mərakeşin paytaxtı Rabata enib. Həmçinin ABŞ prezidentinin müşaviri Cerad Kuşner də nümayəndə heyətinin tərkibində yer alır.

Xatırladaq ki, 10 dekabrda Mərakeş kralı VI Məhəmməd İsraillə münasibətlərin mümkün qədər tez düzəldiləcəyini açıqlamışdı.