İrəvan metropoliteninin əməkdaşları hakimiyyətin istefası tələbi ilə tətillərə başlayıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan paytaxtında keçirilən bugünkü aksiyada elan olunub.

Aksiyaçılar metropoliten əməkdaşlarına bu addıma görə təşəkkürlərini bildirən şüarlar səsləndiriblər. Digər peşə sahibləri də kütləvi tətillər keçirməyə və etirazlara qoşulmağa çağırılıb.