İran koronavirus əleyhinə vaksin idxalı ilə bağlı problemlər yaşayır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Əli Rəbii danışıb. Rəbii vaksin istehsalçılarına pul vəsaitlərinin transferində problemlər yaşadıqlarını bildirib.

Belə ki, Qərb çirkli pulların yuyulmasına qarşı islahatların tamamlanmadığı və terrorizmi maliyyələşdirmə ittihamları ilə İranı beynəlxalq valyuta transferi sistemlərindən kənarda saxlayan sanksiyalar tətbiq edir. İranın bu şəbəkələrdən istifadə hüququnu bərpa etməsi üçün qanunvericilikdə və siyasi kursda müvafiq dəyişikliklər etməsi şərtdir.