Ermənistan müxalifəti hakim "Mənim addımım" blokuna saat 18-ə qədər vaxt qoyub.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə İrəvandakı aksiyada müxalif Daşnaksütun Partiyasının funksioneri İşxan Saqatelyan elan verib. O bəyan edib ki, parlamentin hakim fraksiyaya mənsub olan üzvləri axşam saat 18:00-adək birləşmiş müxalifətin "Vətənin xilası üçün ittifaq"ının qərargahına gəlməli və hakimiyyətin konstitusion yollarla ötürülməsi ilə bağlı müzakirələr başlamalıdır.
İ.Saqatelyan əks təqdirdə baş verəcəklərə görə bütün məsuliyyətin hakim fraksiyanın üzərində olacağını söyləyib.