Dünya əhalisi 2023-cü ildə 8 milyarda çatacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın dünya əhalisi üzrə tədqiqatlar aparan demoqrafik beyin mərkəzləri araşdırma hazırlayıb. Araşdırmaya görə, 3 il ərzində dünya əhalisinin 8 milyardı keçməsi proqnozlaşdırılır.

Birləşmiş Millətlər Təşkilatı (BMT) isə dünya əhalisinin hər il təxminən 1.09 faiz artdığını açıqlayıb.