Ermənistanda yeni üsyan qızışmaqdadır.

Unikal.org-un məlumatına görə, bu dəfə sürücülər etiraza başlayıblar.

Buna səbəb kimi ölkədə yanacaq qiymətlərinin ard-arda bahalaşması göstərilir.

Qeyd olunur ki, son günlər ərzində benzinin qiyməti 350 dramdan 370 drama, mayeləşmiş təbii qaz 180 dramdan 190 drama, sıxılmış təbii qaz 330 dramadək bahalaşıb. Özü də sıxılmış qaz bir il ərzində ikinci dəfə bahalaşır.

İyul ayında həmin yanacağın qiymətyi 310 dramadək qalxmışdı.

Qiymət bahalaşmasına erməni dramının dollara nisbətən devalvasiyası səbəb göstərilir.