Ermənistanda birləşmiş müxalifətin təşkil etdiyi genişmiqyaslı etirazlar davam edir.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, İrəvanda keçirilən aksiyada etirazçılar təhlükəsizlik qüvvələrinə, güc strukturlarına çağırış ediblər.
Ordu və polisi etirazlara qoşulmağa və Paşinyan hakimiyyətinin göstərişlərinə tabe olmamağa çağıran aksiyaçılar həmçinin müxtəlif peşə sahiblərini ümummilli tətillər təşkil etməyə və aksiyalarda iştiraka səsləyiblər.
İrəvanın mərkəzi meydanlarında çadırların qurulduğu və etirazçıların küçələrdə gecələyəcəyi ilə bağlı xəbərlər yayılıb.