Əfqanıstanda terror aktı törədilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin Fəryab əyalətində baş verib.

Taliban qruplaşması öncədən bomba quraşdırılmış avtomobili yoxlama postunda partladıb. Partlayış nəticəsində təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı həlak olub. Həmçinin 5-i mülki şəxs, 5-i hərbçi olmaqla 10 nəfər yaralanıb. Araşdırma aparılır.