Malaziyada təşkil edilən qeyri-adi toy bütün dünyanın diqqət mərkəzinə çevrilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Malaziyanın paytaxtı Kuala Lumpurun cənubundakı Putrajaya şəhərində koronavirusa rəğmən 10 min nəfərlik toy təşkil edilib. Toya dəvət edilən qonaqlar bəy və gəlinin qarşısında avtomobilləri ilə yavaşca keçərək yeni evlənən cütlüyü təbrik edib.

10 min nəfərin iştirak etdiyi və təxminən 3 saat davam edən toy zamanı qonaqlar öz avtomobillərində əvvəlcədən hazırlanan yeməkləri yeyib.