ABŞ Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd və onun yaxınlarına qarşı növbəti sanksiya tətbiq edib.
Unikal.org xəbər verir ki, bu barədə Dövlət Departamentinin ABŞ Dövlət katibi Mayk Pompeo adından yayımladığı açıqlamada qeyd olunub.
“Dövlət Departamenti, Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə Suriyada mövcud olan münaqişənin siyasi həllini təşviq etmək səylərinə maneə törətdiyinə görə sanksiya tətbiq edir. O, rejimin mənafeyi naminə, sözdə xeyriyyəçilik və sivil təşkilatlar vasitəsilə iqtisadi və siyasi gücün möhkəmləndirilməsi səylərinə rəhbərlik edib” - deyə açıqlamada qeyd olunur.
Sanksiyalar prezidentin həyat yoldaşının ən yaxın dörd qohumuna qarşı da tətbiq ediləcək.