ABŞ-ın fəaliyyətdə olan prezidenti Donald Tramp "Rusiya işi" üzrə 20 nəfər haqqında əfv imzalayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Donald Tramp 20 yanvar 2021-ci ildə postu Baydenə təhvil verəcək. Ona görə də son səlahiyyət dövrünü 2016-cı ildə haqqında iş açılmış və Trampa yaxınlığı ilə seçilən şəxsləri əfv etməyə xərcləyir.
Qeyd edək ki, 2016-cı il seçkilərində Rusiyanın seçkilərə müdaxiləsi iddiası üzrə Müllerin müstəntiqliyi ilə 22 aylıq istintaq aparılmışdı.