Afrika qitəsində koronavirusdan ölənlərin sayı 60 mini ötüb.

Unikal.org "Worldometers"ə istinadən xəbər verir ki, son 24 saatda qitədə 19 946 yeni yoluxma faktı aşkarlanıb. Həmçinin 518 yeni ölüm qeydə alınıb.

Bununla da qitədə COVID-19-a yoluxanların ümumi sayı 2 milyon 560 min 363-ə, ölənlərin ümumi sayı isə 60 153-ə çatıb. Ən çox yoluxma CAR, Misir və Mərakeşdə müşahidə olunub.