Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artaraq 78 milyon 366 min 297 nəfərə çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 724 min 39 nəfərdir. İndiyədək 55 milyon 128 min 559 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.