Fransa qəzeti Türkiyə istehsalı olan zərbə PUA-ları barədə yazı dərc edib.

Unikal.org xəbər verir ki, sözügedən yazı "Liberation" qəzetində yayımlanıb. Türkiyənin uğurunun açarı adlandırılan bu dronların Cənubi Qafqazda - Qarabağda, Yaxın Şərqdə - Suriya, İraqda PKK terroruna qarşı və Liviyiada sınaqdan çıxdığı qeyd olunub. Zərbə PUA-larının Ukraynaya satılması ilə Türkiyənin xarici siyasətində də nüfuz qazandıran amilə çevrildiyi vurğulanıb.

"Bayraktar TB2" zərbə PUA-larının 27 saat kəsintisiz uça bildiyi və ABŞ istehsalı olan analoqlarından daha ucuz başa gəldiyi ifadə olunub. Bu dronların Türkiyənin böyüyən gücünün və artan müstəqilliyinin simvoluna çevrildiyi əks olunub.