Ermənistan baş naziri Nikol Paşinyan müxalifəti ölkənin gələcəyi ilə bağlı danışıqlara çağırıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan bu barədə öz "Facebook" səhifəsində yazıb.
"Hətta cari məsələlərin həlli baxımından bu, vacibdir. Çünki hər hansı bir məsələnin həlli üçün bir neçə variant var və gələcəyi necə görmək, hansı gələcəyi qurmaq barədə qərar verilməyibsə, seçim etmək mümkün deyil", - deyə Ermənistan baş naziri əlavə edib.
Nikol Paşinyan qeyd edib ki, ictimai-siyasi diskurs ən qısa zamanda bu müstəviyə keçməlidir.