Fransada silahlı insident zamanı 48 yaşlı şəxs 3 jandarma əməkdaşını öldürüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin Amber kommunasında baş verdiyi bildirilir. Jandarma əməkdaşları həmin şəxsin evinə məişət zorakılığı ilə bağlı çağırış əsasında gəliblər. Onlar şiddət görən qadına kömək etməyə çalışanda 48 yaşlı kişi jandarmalara atəş açıb. Nəticədə 3 nəfər ölüb, bir nəfər isə yaralanıb.