Türkiyədən Yunanıstana qaçmağa çalışan 4 FETO üzvü saxlanılıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, İpsala-Edirne sərhəd xətti üzrə xidmətdə olan sərhədçilər qanunsuz yollarla Yunanıstan tərəfə keçməyə çalışan 4 şəxsi həbs edib.
Araşdırmalar nəticəsində məlum olub ki, bu şəxslər haqqında FETO ittihamı ilə bağlı istintaq gedir. Şəxslər istintaqdan yayınmağa çalışsa da, buna nail ola bilməyiblər. Araşdırmalar davam etdirilir.