Ermənistanda etirazçıların parlament binasına hücumu gözlənilir.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə müxtəlif məlumatlar var. Gecəni şəhərdə keçirən və çadırlarda gecələmiş etirazçılar parlament binasına daxil olmağa çalışa bilər.

"Hraparak" qəzet isə bu səbəblə parlamentin təhlükəsizliyinin gücləndirildiyi və binaya əlavə canlı qüvvə gətirildiyini yazıb. Paşinyanın da parlamentin iclasına qatılıb çıxış edəcəyi gözlənildiyi üçün onun şəxsi mühafizə xidmətinin də parlamentin təhlükəsizliyi ilə bağlı tədbirlərə cəlb olunduğu bildirilir.