Rusiyanın “İnterfaks” agentliyi Paşinyanı “ilin ən uğusuz adamı” seçib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda bir neçə nəfərin adı yer alıb. Sıralamaya məhz Paşinyan başçılıq edir. Əsas arqument kimi onun ölkədə siyasi böhran yaratması göstərilib.

Qeyd edək ki, uğursuzlar siyahısında bir neçə şəxslərin adı da yer alıb. Belə ki, Aleksandr Lukaşenkonun (Belarus), İqor Dodonun (Moldova), Emmanuel Makronun (Fransa), Ursula fon der Lyayenin (Avropa İttifaqı), Binyamin Netanyahunun (İsrail) adlarını görmək mümkündür.