Türkiyədə məşhur jurnalist Can Dündara 27 il 6 aylıq həbs cəzası verilib.
Unikal.org "TRT Haber"ə istinadən xəbər verir ki, jurnalist "siyasi və hərbi casusluq" maddəsi üzrə 18 il 9 ay, "terror təşkilatına yardım" maddəsi üzrə isə 8 il 9 ay həbs cəzası alıb. 2018-ci ildə saxlanılmış jurnalist ümumilikdə 27 il 6 ay həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, jurnalist Can Dündar "Cumhuriyet" qəzetinin keçmiş baş redaktorudur.